Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda səfərdə olan Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri, Ravvin Abraham Kuperi qəbul edib.
Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu deyən Şeyxülislam bildirib ki, ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələri sərbəst şəkildə bir yerdə yaşayır. Dini ibadətgahların sərbəst fəaliyyətinə şərait yaradılıb, ölkədə sinaqoqlar, kilsələr, məbədlər tikilir və ən müxtəlif dinlərə tapınan insanlar burada öz dini ayinlərini sərbəst şəkildə icra edirlər. Bu baxımdan Azərbaycan bütün dünya üçün əsl tolerantlıq nümunəsi sayıla bilər.
Ravvin Abraham Kuper bildirib ki, müşahidələrindən sonra o bir daha əmin olub ki, İslam dini sühsevər dindir və bəzən təqdim olunan kimi terorçuluğu dəstəkləmir.