"Həbsdəki jurnalistlərin azadlığa buraxılması üçün onların özləri tərəfindən də müraciət daxil olmalıdır". Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O bildirib ki, həbsdəki jurnalistlərdən belə bir müraciət daxil olarsa, Prezident yanında Əfv Komissiyasının üzvü kimi əlindən gələn köməkliyi göstərməyə hazırdır. Jurnalistləri peşə bayramları münasibətilə təbrik edən A. Paşazadə onların fəaliyyətini yüksək qiymətləndirib: "Fikirləşirəm ki, mənim şeyxülislamlığım mətbuatsız necə olardı? Siz bizim dilimiz, gözümüz və ürəyimizsiniz. Gördüyünüz işlər həqiqətən böyükdür. Kiçik problemlər hər yerdə var. Bir şeyx kimi bütün jurnalistlərə həqiqəti yazmağı tövsiyə edirəm".