"Dəyərlər" Dini Jurnalistika Məktəbi Milli Mətbuat Gününün 133-cü ildönümünü milli mətbuatın bugünkü inkişafında əvəzsiz töhfələri olan şəxslərin məzarlarını ziyarətlə qeyd edib.
Təşkilatdan verilən məlumata görə, jurnalistlərin peşə bayramında məktəbin 30-dan artıq dinləyicisi "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun və Azərbaycan mediasının inkişafında misilsiz rolu olan Nəcəf Nəcəfovun məzarlarını ziyarətlə ediblər. Ziyarətdən sonra "Dəyərlər" qəzetinin redaksiyasında "Milli mətbuatımızın bu günü" mövzusunda müzakirələr keçirilib. Müzakirələrdə ölkə mediasının qarşısında duran vəzifələr, mövcud prolemlər, inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.