Henri Ziqland əmin idi ki, taleyindən qaça bilib. 1883-cü ildə nişanlısından ayrıldıqdan sonra, qız buna dözə bilməyərək özünə qəsd etdi. Mərhumun qardaşı bunu eşidərək Henrini qətlə yetirmək qərarına gəlir. O, silahdan bacısının ölümünə bais olana atəş açır və qətl törətdiyini düşünərək, özünü öldürür.
Lakin Henri sağ qalır: güllə azacıq onun üzünə toxunaraq, yaxınlıqdakı nəhəng ağacın gövdəsinə sancılır.
Bu hadisədən bir neçə il ötdükdən sonra Henri həmin ağacı kəsmək fikrinə düşür. Amma gövdə olduqca böyük olduğu üçün, o, ağacı bir neçə dinamit şaşkası ilə partlatmaq qərarına gəlir. Belə edir. Ancaq partlayış zamanı gövdədən sıçrayan güllə Henrinin başına tuş gəlir və o, elə yerindəcə dünyasını dəyişir...
Təsadüf? Bəs “təsadüflər” təsadüfdürmü?