İnsan. Allahın möcüzəsi. Sinirlər xəzinəsi. Hətta buzu qaynayan suya çevirməyə qadir alov. İnsan, sən ki lap möcüzəsən! İnanmırsan?
İnsan orqanizminin müxtəlif hissələrində fərqli temperatur müşahidə edilir: qara ciyərin daxilində - 36-38, ağız boşluğunda – 37, əl və ayağın dərisi üzərində isə 26-32 arasında dəyişir.
İnsan bədənindəki sümüklərin 25 faizi ayaqların payına düşür.
İnsan beyini 1 meqabaytdan 7 milyon (!) meqabayt informasiyanı yadda saxlamaq qabiliyyətinə malikdir.
Böyük insanın orqanizmindəki sinirlərin uzunluğu 75 (!) kilometrə yaxındır.
İnsan həyatı boyu dərisini təqribən 1000 dəfə dəyişir.
İnsanın 1 sutka ərzində xaric etdiyi istilik 33 litr buzlu suyu qaynatmağa yetərlidir.