Azərbyacan yəhudiləri üçün yeni sinaqoq tikiləcək. Lent.az-ın "Aqentstvo Yevreyskix Novostey" saytına istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Bundestaqının nümayəndələri ilə görüşdə Azərbaycan dağ yəhudiləri dini icmasının rəhbəri Semyon İxiilov bildirib.
Qeyd edək ki, Bundestaq nümayəndələri iyulun 17-də Bakıda müsəlman, yəhudi və xristin konfessiyalarının rəhbərləri və nümayəndələri ilə görüşüblər. Görüş zamanı onlara Azərbaycanda dini tolerantlığın səviyyəsi barədə məlumat verilib. Semyon İxiilov bir müddət əvvəl Bibiheybət məscidinin açılışı zamanı prezident İlham Əliyevin onlara yeni sinaqoq tikiləcəyinə söz verdiyini vurğulayıb: "Mən yeni məscidin gözəlliyini və böyüklüyünü qeyd edərək yəhudilərin də belə böyük və gözəl sinaqoqlarının olacağına ümid etdiyini bildirdim. İlham Əliyev isə mənə dedi ki, yeni sinaqoq üçün yer axtarın. Biz tikəcəyik".