Tibetin dini lideri İslama "zorakılıq dini" deyilməsini tamamilə səhv və haqsız olduğunu bildirib
ABŞ-ın Pensilvaniya ştatındakı Lehig Universitetində çıxış edən Tibetli lider, şiddətli olayların yer aldığı dini ekstremizmlə bağlı bir suala verdiyi cavabda İslamı müdafiə edib. Dalay Lama, 2001-ci ildəki 11 sentyabr hadisələrindən bu yana müsəlmanlarla əlaqə yaratmağa önəm verdiyini söyləyib.
Lehigə çərşənbə günü gələn Dalay Lama, 600 illik buddist mətnləri ilə əlaqədar mübahisələrdə iştirak edir. Təxminən 5 min nəfərlik bir məclisə danışan Dalay Lama, gələn ay keçiriləcək Pekin Olimpiyadasından bəhs etməyib.