Günlərin birində reportyor hər il keyfiyyət müsabiqələrində yetişdirdiyi qarğıdalı qalib olan fermerdən bunun sirrini soruşdu. Fermer cavab verdi ki, o, hər il ən yaxşı qarğıdalıları qonşularına paylayır, qonşuları da əkin zamanı onlardan istifadə edirlər. Sirr də, elə budur.
Reportyor təəccübləndi:
- Nə üçün belə edirsiniz? Onlar ki, sizin rəqiblərinizdir, onlar da müsabiqədə iştirak edirlər.
Fermer gülümsəyərək cavab verdi:
- Məsələ burasındadır ki, külək tozcuqları mənim sahəmdən qonşularınkina və əksinə aparır. Əgər qonşularda pis qarğıdalı bitsə, tezliklə mənim məhsulum da tərifə layiq olmayacaq. Hansı fermerin sahələrinə daha yaxşı qulluq etməsi isə, artıq tamamilə başqa bir məsələdir.
Məntiq: Oxşar hadisələr həyatda tez-tez baş verir. Uğur qazanmaq istəyən yalnız özünü deyil, ətrafdakıları da düşünməlidir, onlara da uğura doğru addımlamağa yardım etməlidir. Onların güzarını yaxşı olsa, sənin də həyatın gözəlləşər. Bu dünyada hər şey bir-birinə bağlıdır.