Bakıda Dinlərarası dialoqa dair sammit 2009-cu ildə keçiriləcək. Bu barədə məlumatı Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə verib.
Şeyx, bildirib ki, toplantınınkeçirilməsi təşəbbüsü ilə o və bütün Rusiya patriarxı İkinci Aleksi çıxış edib. "Bu gün Azərbaycan bütün dünyada müxtəlif mədəniyyətləri özündə cəmləşdirən bir ölkə kimi tanınıb. Bu dialoq isə Azərbaycanın beynəlxalq avtoritetinin daha da qalxmasına təkan verəcək".