Kareliyada zəkat məsələləri üzrə məsləhət xidməti fəaliyyətə başlayacaq. Hər il hər bir müsəlman əldə etdiyi gəlirdən kasıb və ehtiyacı olanlara müəyyən miqdarda kömək etməlidir.
Kareliya Ruhani İdarəsinin başçısı Visam Əli Bardvilin məlumatına görə, tez-tez müsəlmanlar arasında zəkat barədə müəyyən problemlər və suallar yaranır. Bu səbəbdən yaranan yeni xidmət müsəlmanlara bu barədə dəyərli məsləhətlər verəcək. Xidmətdən yalnız respublika sakinləri deyil, bütün müsəlmanlar istifadə edə biləcək. /İSTİOT/