Bu il zəvvarların Həcc ziyarəti noyabrın ikinci ongünlüyü başlayacaq. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Müqəddəs Payızov "Turan"a deyib ki, 2008-ci il də Azərbaycana 6 min civarında yer ayrılıb. Zəvvarların 2 min nəfərinin təyyarələr (Bakı-Mədinə-Ciddə-Bakı reysi), 4 mininin avtobuslarla (İran-Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu) yola salınması nəzərdə tutulub.
M.Payızov avtobuslarla ziyarətə gedişin 2050 manat, təyyarə ilə isə 3500 manat təşkil etdiyini bildirib. Onun sözlərinə görə, artıq otellər sifariş edilib və zəvvarların rahatlığı üçün şərait yaradılıb.
Zəvvarların Həcc ziyarətinə firmaların vasitəçiliyi ilə də gedə biləcəyini deyən M.Payızov bununla belə bütün sənədləşmə işlərinin QMİ-nin səlahiyyətində olduğunu vurğulayıb.
M.Payızov orucluq ayı Ramazının bu il sentyabrın 1-də başlayacağını da deyib.