İngiltərədə hökumətin ilk və tək müsəlman üzvü olan Şahid Malik, Avropadakı müsəlmanların özlərini nasizm dönəmində yaşayan yəhudilər kimi hiss etdiklərini bildirdi
Vəziyyəti soyqırımla eyni səviyyədə qiymətləndirmədiyini, ancaq bir çox müsəlmanın öz ölkələrində özlərini "yad kimi hiss etmələrinə səbəb olacaq" bir görüntünün ortaya çıxdığını bildirən Malik, özünün də bir çox irqçi münasibətlərə hədəf olduğunu, avtomobilinə atılan "molotov kokteyli"nin də bunlardan biri olduğunu söylədi.
"Bu gün hansı müsəlmana özünü necə hiss etdiyini soruşsanız, "Avropanın yəhudiləri kimi" cavabını alacaqsınız" deyən Malik, toplumda, hədəfə çevrilənin bir müsəlman olacağı təqdirdə heç bir problem yaşanmayacağı kimi yanlış bir mesajın yayıldığını söylədi. // QayNar