Rusiya prezidenti Dmitri Medvedev Azərbaycandakı dini icmaların rəhbərləri ilə görüş keçirib. О bildirib ki, bu görüş Azərbaycanda dini konfessiyalar arasında pozitiv münasibətlərin olduğuna sübutdur: "Bir müddət əvvəl biz hörmətli şeyx Allahşükür Paşazadə ilə görüşmüşdük.
Onda mən başqa statusla bura gəlmişdim. Mən müxtəlif dinlər arasında dialoqun, qarşılıqlı əlaqələrin yaradılması yolunda göstərdiyiniz səyləri xüsusi qeyd etmək istərdim. İslamın və istənilən ruhani təlimin əsl mahiyyəti məhz bundan ibarətdir. Bu, Qafqazda sabitliyin təmin olunması üçün də əsas faktorlardan biridir. Siz bilirsiniz ki, Rusiyada sayı iyirmi milyon nəfərdən çox olan böyük müsəlman icması yaşayır və bu mənada Rusiya da islam dünyasının bir hissəsidir".
Qeyd edək ki, D. Medvedev Heydər Əliyev Fondunda da olub. O, fondun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.