Ufa müsəlmanlarının tələbi ilə Ufanın beynəlxalq hava limanında müsəlmanlar üçün dua və namaz otağı istifadəyə verilib. Otağın açılışı ötən həftə baş tutub. "Komsomolskaya pravda"nın məlumatına əsasən, tədbirdə Başqırdıstan müftisi Nurmuhammed Niqmatullin və respublikanın ruhani nümayəndələri iştirak ediblər.