Olduqca kifir insan yol ilə gedirdi. Birdən gözləri yol kənarındakı güzgüyə sataşdı. Onu qaldırdı və... Güzgüdə çox çirkin bir sima əks olunmuşdu. Bundan qəzəblənən insan güzgünü yenidən yerə atdı: “İndi anladım nə üçün səni bəyənməyiblər”.
Məntiq: Məntiq deyəndə ki, sadəcə maraqlıdır: görəsən yer üzündə bu səbəbdən yol kənarına atılan güzgülərin sayı nə qədərdir?