Moskvada "İslam terrorizmə qalib gələcək" adlı beynəlxalq konfrans işə başlayıb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, QMİ sədri Hacı Allahşükür Paşazadə iş qrafiki ilə əlaqədar konfransa qatılmasa da, tədbirdə onun məruzəsi səslənib.
Konfransı İslam Mədəniyyəti, Elmi və Təhsilinə Dəstək Fondu təşkil edib. Tədbirdə ekstremizm və terrorizmi pisləyən qətnamə qəbul ediləcək, terrorizmlə ideoloji mübarizə üzrə daimi fəaliyyət göstərən qeyri-formal beynəlxalq işçi qrupu yaradılacaq.