İmam Əli (ə) buyurub: "Allah yanında ən pis adam özü azğın olduğu halda camaatı da azğınlığa salan zülümkar rəhbərdir. Çünki o əməl olunan sünnəni öldürür və tərk edilmiş və atılmış büd’əti dirildir. Allahın Peyğəmbərinin belə buyurduğunu eşitmişəm :"Qiyamət günü zülmkar rəhbər bir arxa və hamisi olmadan gətiriləcək. Beləliklə, Cəhənnəm oduna atılacaq və orada dəyirman daşı kimi fırlanacaq. Sonra Cəhənnəmin dibində zəncirlənəcəkdir".
("Nəhcül-Bəlağə"nin şərhi, İbn Əbil Hədid, c.9, səh.261).