Günlərin birində ovçu meşədə odunçu ilə rastlaşdı. İkiqat əyilərək, odunçu böyük kötüyü mişarlayırdı. Ciddi cəhd göstərsə də, işi heç irəliləmirdi. Ovçu bir qədər yaxınlaşdı ki, bunun səbəbini öyrənsin. Mişarın kütləşdiyini və demək olar ki, ağacı heç kəsmədiyini gördükdə, dedi:
- Qardaşım, bu mişar tamamilə kütləşib. Daha yaxşı olardı ki, onu itiləyəsən!
Odunçu bir anlığa əlini saxladı, qamətini düzəldərək təəccüblə cavab verdi:
- Nə danışırsan, ay ovçu? Mən iş adamıyam, belə xırda məsələlərə vaxtım yoxdur. Hələ axşama kimi 20 ağac doğramalıyam!
Sonra isə əyilərək, yenidən küt mişarı kötüyə sürtməyə başladı.
Məntiq: işgüzarlıq, inad, zəhmət – bunlar yaxşı xüsusiyyətlərdir. Amma hərdən əməllərimizin, məqsədimizə çatmaq üçün seçdiyiniz üsulların nə dərəcədə səmərəli olması haqqında da düşünməliyik. Divarı baş zərbəsi ilə dağıtmaq yox, yanından ötmək, çayın o biri sahilinə keçmək üçün kostyumla suya atlanmaq yox, körpüdən istifadə etmək mümkündür. Bir şeyi də unutmaq olmaz. Bəzən kütləşmiş mişarla ağac doğramağa çalışan insanlara el arasında, üzr istəyirik, “axmaq” da deyirlər...