Rusiya İslam Komitəsinin sədri Heydər Camal Rusiya müsəlmanları adından yeni prezident Dmitriy Medvedyevə tərkibində beş tələb göstərilən açıq müraciət hazırlayır.
Bu gün Moskvadakı mətbuat konfransında hökümətə müraciət ünvanlayan Camal bu tələblərin yerinə yetirilməcəyəcəyi təqdirdə Qafqazda irimiqyaslı hərbi əməliyyatların başlana biləcəyini və Rusiyanın ölkənin bir hissəsini biryolluq itirəcə biləcəyini bildirib. Onun sözlərinə görə, son illərdə Rusiyada daxili düşmən axtarışı gedir və bu rola da müsəlmanları seçiblər. Camal bildirib ki, "Hakimiyyət politoloqlar hesab edir ki, ölkəni darə etmək üçün daxili düşmənin olmasə vacibdir. Düşmən roluna isə ən optimal variant kimi müsəlmanlar uyğun gəlir".
Heydər Camal Rusiya hökümətinin islam adına ikili siyasət yürütdüynü vurğulayıb. Onun fikrincə, Rusiya xaricdəki müsəlmanlara və islamtəşkilatlarına hesabladığı siyasətlə, daxildəki müsəlmanlara yönəlik siyasəti kəskin fərqlidir.
Rusiya İslam Komitəsi adından Kremlə ünvanlanan 5 əsas tələb aşağıdakılardır:
1. Müsəlmanların Rusiyanın siyasi həyatına daxil olmasına imkan vermək;
2. Müsəlman etnoslarının yaşadığı respublikalarda zad seçkilərin keçirilməsi;
3 KİV-in üzünü məsəlmanlara açmaq, KİV-in yalnız elit təbəqədən gələn siqnalları həyata keçirən təcrid olunmuş bir meydançaya çevrilməsinə son qoymaq;
4. Çoxsaylı insanın azadlıqdan məhrum edilməsinə gətirib çıxaran saxta cinayət işlərinə yenidən baxılmalıdır.
5. İslami kitabların utancverici qadağa təcrübəsini dayandırmaq lazımdır, bu kitablar çoxəsrlik ibadət təcrübəsinə malikdir və dünya sivilizasiyasının bir hissəsi hesab olunur. // QayNar