Türkiyənin Yarğıtay adlanan hüquq instansiyası "nurçular"ın lideri Fətullah Gülən haqqında Ankara 11-ci Ağır Cəza Məhkəməsinin çıxardığı bəraət qərarından verilən protesti rədd edib. Bununla da ABŞ-da yaşayan F. Gülənin Türkiyəyə qayıtması üçün hüquqi maneələr aradan qalxmış olub.
Xatırladaq ki, F. Gülən dünyəvi dövlət quruluşunu dəyişdirərək yerinə şəriətə əsaslanan dövlət qurmaq məqsədilə gizli təşkilat yaratmaqda ittiham olunurdu.