Beynəlxalq əlaqələr sahəsindəki ən yaxşı jurnallardan biri olan "Foreign Policy"-in təşkil etdiyi "Yaşayan Ən Böyük 100 İntellektual' anketində Fəthullah Gülən birinci oldu.
Jurnalın seçdiyi 100 nəfərin adı internet istifadəçilərinin verdiyi səslərlə təyin olundu. Sorğuda ilk 20 şəxs arasına bir çox Müsəlman isimlərinin girməsi diqqət çəkicidir. Jurnalın rəhbərliyi sorğuda 500 mindən çox internet istifadəçisinin səs verdiyini bildirilir: "Bu qədər böyük maraq, sorğu üçün seçdiyimiz qadın və kişilərin gücü haqqında xüsusi bir şeyi ortaya çıxarır. Siyahıya əlavə olunan ziyalılar, öz fikirlərinin təsirinə görə seçildilər. Bu həm də xalq ziyalısı olmaq geniş və müxtəlif kütlələrlə ünsiyyət qurmaq qabiliyyətinə də sahib olmaq deməkdir."
"Foreign Policy"-nin siyahısında Bangladeşli iqtisadçı Məhəmməd Yunus ikinci, İslam alimi Yusuf Kardavi üçüncü, Nobel mükafatlı Orxan Pamuk da dördüncü oldu. / QayNar