POPULYARXƏBƏRLƏR

Ramiz Mehdiyev: "Din radikal niyyətlərin obyektinə çevrilməməli, sosial təzyiq amili kimi çıxış etməməlidir"

Rəsmi mətbuat Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin "Modernləşmə xətti yenə də gündəlikdədir" məqaləsinin ikinci hissəsini yayıb. Gənc nəsil probleminə toxunulan məqalənin bir bölümündə R.Mehdiyev yazır: "Mən dövlət qulluğunda işlədiyim illərdə tez-tez gənclərin nümayəndələri ilə ünsiyyətdə olmuşam. Bu, sovet dövründə də olub, müstəqil Azərbaycanda da belədir.

Öz yaşıdları arasında yüksək intellekti, fəal həyat mövqeyi, əməksevərliyi və yüksək mədəniyyəti ilə seçilən gəncləri görəndə həmişə qürur hissi keçirmişəm. Yeri gəlmişkən deyim ki, vaxtilə Azərbaycan SSR-in gənclər siyasətinə görə məsuliyyət daşıyan cavanların əksəriyyəti indi dövlət hakimiyyəti sistemində çox məsul mövqelər tutur. Yadımdadır, o vaxtlar onların bəziləri təşəbbüskar, özlərinin iddialı, lakin eyni zamanda, səmərəli fikirlərini həyata keçirməyə hazır olan gənc insanlar idi.

Müstəqil Azərbaycanda uğurlu gələcəyin qurulmasına yönəlmiş layihələrin həyata keçirilməsinə eyni dərəcədə təşəbbüskarlıqla girişməyə hazır olan yeni müstəqil gənclər strukturları formalaşmağa başlamışdır. Qeyri-hökumət təşkilatları arasında, ölkənin siyasi elitasında və əks-elitasında təmsil edilmiş gənclər arasında Azərbaycanda demokratik cəmiyyət, açıq iqtisadiyyat qurmaq, yeni və fərdi dəyər oriyentirləri yaratmaq üçün qüvvə və səylərini əsirgəməyənlər çoxdur. Bu insanlar öz həyatının mənasını Vətənə xidmətdə görürlər. Biz yalnız onu arzu edə bilərik ki, ölkəmizdə belə gənclərin sayı daha çox olsun".

Din probleminə də toxunan müəllif daha sonra Azərbaycan müstəqillik əldə edəndən sonra müəyyən xarici qüvvələrin siyasi islamı Azərbaycanın ictimai həyatına yeritməyə cəhdlər göstərdiyini qeyd edir: "Lakin iqtidar bizim əsrlərin sınağından çıxmış yüksək mənəviyyatımızı bu cür cəhdlərə qarşı qoymağa nail oldu, həmin cəhdlərin qarşısı vaxtında və qətiyyətlə alındı. İnsanların etiqadları dindən siyasi amil kimi istifadə olunmasını qəbul etmir. Hər bir din sülh və həmrəylik, tolerantlıq və dözümlülük amilidir, buna görə də dinlərdən kütləvi şüura təzyiq vasitəsi kimi istifadə edilməsi, bu və ya digər siyasi sifarişin yerinə yetirilməsinə istiqamətlənmiş mühit formalaşdırılması dinlərin fəlsəfi mahiyyətinə ziddir. Din radikal niyyətlərin obyektinə çevrilməməli, sosial təzyiq amili kimi çıxış etməməlidir. Azərbaycanda dünya dinlərinin roluna və cəmiyyətdəki yerinə yüksək ehtiram bəslənilir, eyni zamanda, tolerantlıq məkanı olan bu diyarda qeyri-ənənəvi dini cərəyanlara da yer verilir. Lakin heç bir dindən və ya dini cərəyandan siyasi, iqtisadi və ya sosiomədəni qaydaların dəyişdirilməsi amili kimi istifadə edilə bilməz".

Məqalənin "Son söz əvəzi: ideologiya, yoxsa ideya?" bölümündə müəllif yazısına belə yekun vurur: "Geosiyasi oriyentirlərin dəyişməsi nəticəsində transformasiya cəmiyyətlərində kommunizmin ideoloji baxışlarını inkişaf etmiş cəmiyyətlərin Qərbdə işlənib hazırlanmış və sürətlə tətbiq edilən ideoloji konsepsiyaları – konservatizm, liberalizm, sosial-demokratiya, onların ən yeni versiyaları və birləşmələri əvəzləməyə başladı. Bəzi cəmiyyətlərdə həmin konsepsiyalar asanlıqla mənimsənilir, digərlərində isə ictimai, siyasi və iqtisadi zəmin tapmayaraq, bu və ya digər sosiumun ənənəvi qaydalarına müvafiq olaraq əriyib itirdi. Hətta belə fikirlər də yaranmağa başlamışdı ki, Qərbin ideoloji konseptləri ənənəvi cəmiyyətlərə yabançıdır və bu cəmiyyətlər yalnız özlərinin xüsusi, ənənəvi inkişaf yolları əsasında tərəqqi edəcək.

Bizdə isə Azərbaycan mühiti üçün hələ də yabançı olan sosial-demokratik, konservativ və liberal ideyaları dərhal milli siyasi məkanda tətbiq etməyə cəhd göstərməyə başladılar. Lakin təcrübədə çox tez aydın oldu ki, dağılmaq həddinə çatmaq, iqtisadiyyatında durğunluq hökm sürən, siyasi hərc-mərcilik şəraitində olan dövlət üçün idxal edilən ideoloji konsept barədə müəyyən qərara gəlmək çətindir, xüsusən ona görə ki, bu dövlət özünün çox uğursuz ideoloji zorakılıq təcrübəsindən yenicə ayrılmışdır. Bu və ya digər ideoloji konsepsiyanın milli məkanda işləyə bilməsi, Azərbaycanda bu və ya başqa konseptlərin və ideyaların tətbiq edilməsinə minimum imkan yaranması üçün illərlə vaxt lazım idi. Bununla yanaşı, siyasi və iqtisadi təsisatların inkişafı, demokratik ənənələrə və normalara müvafiq ictimai şüurun formalaşması, iqtisadi strukturun liberallaşması, siyasi konfiqurasiyanın dəyişməsi üçün vaxt tələb olunurdu.

Geosiyasi və geoiqtisadi baxımdan mühüm layihələrin işə düşməsi, müvafiq sosial tədbirlərin həyata keçirilməsi, ictimai prioritetlərə yenidən qiymət verilməsi, ölkənin rahat nəfəs ala bilməsi üçün illərlə vaxt lazım idi. Bir sözlə, postsovet keçid dövrünün transformasiya çətinliklərini aradan qaldırmaq və milli inkişafın ideoloji konseptini müəyyən etmək üçün yorulmaq bilmədən çalışmaq, yuxusuz gecələr keçirmək tələb olunurdu.

Bu gün, bu yolun çox hissəsi keçiləndən sonra geriyə baxanda, cəsarətlə deyə bilərik ki, görülmüş işlər gələcək nəsillərə mənsubdur. Bununla bərabər, bir mühüm və unudulmaz həqiqəti vurğulamaq lazımdır ki, bütün bunlar bir nəfərin – milli ideyanın mahiyyətini həmişə Vətənə xidmətdə görən Heydər Əliyevin əməyinin bəhrəsidir. Əsasını onun qoyduğu, eyni zamanda, həm ideyanı, həm də ideologiyanı özündə cəmləşdirən azərbaycançılıq fəlsəfəsi millətin və dövlətin perspektiv inkişafının dəyişməz konsepsiyası kimi, Azərbaycanın sosial-siyasi və iqtisadi modernləşməsinin eyniləşdirilməsidir. O, milli inkişafın mədəni-tarixi təbəqəsi olmaqla, strateji inkişafın əsas yollarını və istiqamətlərini müəyyənləşdirir, milli dilimizin sarsılmazlığında, milli mədəniyyətin üstün rolunda və milli dəyərlərin sanbalında öz əksini tapır. Bütün bunlar həm regional, həm də qlobal xarakterli vəziyyətlərdə ölkənin dəyişməkdə olan rolunu başa düşməklə formalaşan milli ideoloji model kompleksini təcəssüm etdirir.

İdeyanı zaman doğurur, ideologiya isə zəkanın məhsuludur. Qərbin bu və ya digər ideoloji konsepsiyasının Azərbaycanda imkanlarını və onların perspektivlərini təhlil etmək bu məqalənin mövzusu deyildir. Lakin bu məsələyə toxunduqda getdikcə daha aşkar görünür ki, bizim məqsədimiz güclü, daha dəqiq desək, sabit və davamlı hakimiyyəti olan, öz vətəndaşlarının hüquq və azadlıqlarını əsas tutan, öz tarixi köklərinə və ənənələrinə ciddi əhəmiyyət verən və azad bazar münasibətlərinin inkişafını, qarşılıqlı iqtisadi münasibətlərin şəffaflığını özünün öncül vəzifəsi kimi müəyyən edən dövlət qurmaqdan ibarətdir.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş bu məqsədlər indi də səmərəli dövlətçilik qurulması vəzifəsini əks etdirir. Biz bu istiqamətdə tələsmədən hərəkət edirik, çünki hər bir addımımız ölçülüb-biçilmişdir. Biz dəqiq başa düşürük ki, bu dövlət üçün, bu quruluş üçün, suverenlik və müstəqillik üçün, hər bir vətəndaşımız üçün məsuliyyət daşıyırıq və bu sarsılmaz həqiqətin başa düşülməsi bizim iqtisadi sistemi dəqiq işləyən, tarazlaşmış açıq cəmiyyət və demokratik dövlət qurmaq istiqamətində daha böyük inamla hərəkət etmək üçün bizə güc verir". // "Media forum"



Yerləşdirilib:19 İyun, 2008  15:37, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com