ABŞ-ın bir sıra hüquq-müdafiə və statistika təşkilatları ölkədə yaşayan müsəlmanların siyahıyaalınmasını həyata keçirəcəklər. Bu kampaniyanın təşkilatçıları hesab edirlər ki, yeni tədqiqat amerikalı müsəlmanların sayı və etnik mənsubiyyəti haqqında daha dəqiq informasiya əldə etməyə imkan verəcək.
Tədqiqatın nəticələri 2009-cu ilin əvvəlində açıqlanacaq. Qəzet yazır ki, 2001-ci ildə Amerika-İslam Münasibətləri Şurasının (The Council on American Islamic Relations - CAIR) apardığı tədqiqata əsasən ABŞ-da 6-7 milyon müsəlman yaşayır. Onların 33 faizi Cənubi Asiya əsilli, 30 faizi – afrikalı, 25 faizi isə ərəbdir.