İngiltərədə Peter Cowell və David Lord adlı iki rahibin Londondakı bir kilsədə dini mərasimlə evlənməsi, ingilis kilsəsində parçalanma yaradıb.
Kilsədəki liberal seqment mərasimi təsdiqləyərkən ənənəvi seqment sərt reaksiya verdi. Dini nigahı kəsən digər rahib mərasimdə, "Tanrının hüzurunda bu iki kişinin birlikdəliyi üçün bir araya gəldik. Bu iki kişi arasındakı müqavilə, Tanrı ilə insanların və İsa ilə Kilsənin arasındakı birlikdəliyin sirrinin işarəsidir" deyə danışdı. Dini nigaha ən sərt reaksiya isə Uganda Baş yepiskopu Henry Orombidən gəldi. Orombi, nigahı, "dindən çıxma" olaraq xarakterizə edib, rahiblərin Kilsədən qovulmasını istədi. Bu sərt reaksiya qarşısında adlarının çəkilməsini istəməyən bəzi liberal rahiblər isə mühafizəkar və sərt reaksiyaların davam edəcəyi təqdirdə ingilis kilsəsindən ayrıla biləcəklərini dilə gətiriblər. İngiltərədə homoseksula evliliklər qanuni olduğu halda kilsələr bu nigahları tanımır. // QayNar