Belçikada, Antverpen şəhərinin yüksək vəzifəli məmurun təklifi müzakirə olunur. O, az istifadə olunan kilsələri məscidə çevirmək haqqında fikir irəli sürüb.
Bu məmurun sözlərinə görə, bir çox şəhər kilsələri çox vaxt boş qalırlar, ona görə də onlardan müsəlman əhali istifadə etsə yaxşı olar, - islam.ru xəbər verir .
Merin müavini Filip Xeylen deyir ki, şəhər kilsələrinin məscidlərə çevrilməsi labüd görünür. "Biz müxtəlif dini qruplara müraciət etmişik və onları yenidən təchiz etmək fikri ilə razılaşan müsəlman icmasından müsbət cavab almışıq", - o, qeyd etdi.
Bu təklif Antverpen şəhərinin qarajlarında, şəxsi evlərində toplaşmağa məcbur olan İslam davamçıları üçün imkan yaradacaqdır ki, ibadət üçün münasib yerə malik olsunlar. Xeylen həmçinin bildirmişdir ki, bu təklif, hələ də həssas məsələ olaraq qalan, yeni məscidlərin tikilməsinə alternativdir.
Xeylenin təklifi xristian keşişləri tərəfindən mənfi qarşılandı. Onların çoxu inandırmağa çalışırlar ki, kilsə yeni dindarların cəlb olunmasında mühüm rol oynayır və bununla belə boyunlarına alırlar ki, axır 50 ildə onlar nəzərə carpacaq dərəcədə boşalıblar.
Buna oxşar vəziyyət Gürcüstanın Pankiss dərəsində də müşahidə olunur. Cokala kəndindəki kilsəni məscid üçün təhciz etmək istəyirlər, o demək olar ki, öz məqsədi üçün istifadə olunmur. Yerli sakin Lado Cxadadzenin sözlərinə görə, dindarlar yerli kilsəyə ancaq bayramlarda gəlirdilər, qalan günlər isə o fəaliyyət göstərmir. Axır son illərdə isə kilsənin qapıları bağlı idi. Ona görə də yerli çeçenlər – kistinlər onu məscidə çevirməyi fikirləşirlər. // "Deyerler" AİN