Pakistanın şimal-qərbindəki Deraismayılxan şəhərində şiə məscidi partladılıb. "Reuters" agentliyinin məlumatına görə, hadisə nəticəsində üç nəfər həlak olub.
Yerli polis məlumat yayıb ki, partlayış, insanlar axşam namazına toplaşan zaman törədilib: "Biz partlayışın səbəbini bilmirik. Lakin ilkin məlumatlara görə, üç nəfər ölüb".