4-8 noyabr 2008-ci il tarixdə Bakıda "Islamofobiya və ayrı-seçkiliyin dinə əsaslanan digər formaları: onun gənc nəslə təsiri və gənclərin fəaliyyətlərində buna cavabı" mövzusunda ekspertlər səviyyəsində konfrans keçiriləcək. Bu barədə Avropa Şurasının Təhsil, Mədəniyyət, İrs, Gənclər və İdman üzrə Baş Bürosundan məlumat verilib.
Sözügedən konfrans AŞ-nin Gənclər və İdman Direktorluğu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İSESCO-nun birgə təşkilatçılığı ilə həyata keçirilir.
Konfransın zamanı əsas diqqət dinə əsaslanan ayrı-seçkilik və bu xüsusda ifadə və KİV azadlığı məsələlərinə nəzərdən yetiriləcək, gənc jurnalistlərlə iş imkanları araşdırılacaqdır. Konfrans AŞ-nin ayrı-seçkiliyə qarşı "Hamı müxtəlif- hamı bərabər" kampaniyası çərçivəsində həyata keçirilir.
Konfrans çərçivəsində "Gənclərə dair Bakı Təşəbbüsü" sənədinin hazırlanması nəzərdə tutulub.