Danimrkanını "DR1" telekanalı hicablı müsəlman xanımları arasında "2008 Çadra Gözəli" gözəllik və dəb yarışması keçirib. Müsabiqədə 46 hicablı qadın iştirak edib. Müsabiqəninin qalibi adını isə İraqdan olan 18 yaşlı Huda Falah qazanıb.
Müsabiqə zamanı münsiflərdən biri, Falahın, açıq mavi çadranın "ləziz və çaşdırıcı rəngi"ndən ötəri seçildiyini söyləyib.
Huda Fəlah müsabiqədə danimarkalı yeniyetmələrlə immiqrant müsəlmanlar arasında qarşılıqlı münasibətləri daha da yaxşılaşdırmaq məqsədi ilə iştirak etdiyini deyib. Onun sözlərinə görə, hicab qadının ən yaxşı dostudur.
"Qadın almaz kimidir. Onu hamıya göstərmək olmaz".
Müsabiqənin qalibi mükafat qismində iPod, Danimarka moda evlərindən birində hazırlanmış hicab və "Muslim Girl Magazine" jurnalına bir illik abunə haqqı qazanıb.
Xatırladaq ki, Danimarkada Hz. Muhəmmədlə əlaqədar olaraq 2006-cı ildə nümayiş olunan karikaturalar İslam dünyasında etirazlara gətirib çıxarmışdı. Pakistandakı Danimarka Səfirliyinə təşkil edilən hücumda 6 nəfər ölmüşdü.