POPULYARXƏBƏRLƏR

Heydər Camal: “Əslində, Rusiya İslam ölkələrini dəstəkləmir”

Bugünkü müsahibimiz Rusiyanın İslam Komitəsinin sədri, tanınmış ictimai-siyasi xadim Heydər Camaldır.

 

- Rusiyada İslamın inkişafı perspektivləri haqqında nə deyə bilərsiniz? Stavropolda hicablı şagirdlərin orta təhsil məktəblərinə buraxılmamasını necə şərh edərdiniz?

- Regionlarda, Mərkəzin göstərişi ilə və ya öz təşəbbüsləri ilə, bəzi rəhbərlər İslamla müxtəlif üsullarla mübarizə aparmağa cəhd göstərirlər. Onlar son dərəcə radikal mövqe tutublar, xüsusən də Stavropol diyarında. Burda yaşayan əhali hələ torpaqlarının zəbt edildiyini, bir zamanlar Qafqaza məxsus olduğunu hələ unutmayıblar. Nəticədə kazaklar, burda yaşayan ruslar İslamın yayılmasına kifayət qədər mənfi münasibət bəsləyirlər. Bu da Mərkəzin islamofob siyasətinə tam uyğundur. Bir tərəfdən onlar anlayırlar ki, müasir dünyada İslam ölkələri ilə ittifaq çox ciddi “kozırdı”, digər tərəfdən isə, isterik fəlsəfi sindromun öhdəsindən gələ bilmirlər. Belə ki, İsraillə çox sıx bağlılıqları var.

İsrail lobbisinin Rusiya siyasətinə təsiri çox genişdir. Rusiya ərazisində İsrail lobbisi ilə kiçik Qafqaz arasındakı rəqabət 20 ildən artıqdır davam edir. Bu rəqabət 2 çeçen müharibəsində və Şimali Qafqazda heç cür səngiməyən vətəndaş müharibələrində təzahür edib. Buna görə də mövcud rejimdən İslama qarşı münasibətin dəyişdirilməsini gözləməyinə dəyməz. Çünki, əslində, belə münasibətləri özlərini millətçi kimi qələmə verən yalançı rus elementlər yaradır. Reallıqda aranı qarışdıranlar Qərb və İsraillə sıx əlaqələrə malikdirlər. Buna görə də ölkənin yeganə perspektivi, 21 il ərzində olduğu siyasi kölgəni tərk etməkdir.

- Bəzən belə təsəvvür yaranır ki, Rusiya, SSRİ-nin varisi olaraq, ərəb dünyasının müsəlman ölkələrinə dəstək verir. Doğrudanmı bu belədir?

- Əslində, Rusiya İslam ölkələrini dəstəkləmir. Rusiya sovet keçmişinə malik bir sıra diktatorları dəstəkləyir. Əsəd ailəsi, Qəddafi – bunlar SSRİ-nin müştəriləridir. Yeri gəlmişkən, Rusiya Qəddafiyə elə də ciddi yardım etmədi. Bu, əslində, konkret olaraq sovet keçmişindən qalan zalım hökmdarlara qarşı çıxış edən İslam faktoruna nümayiş etdirilən reaksiyadır. Əsədə və Qəddafiyə qarşı vuruşanları Qərbin müştəriləri kimi təqdim etmək, “Ərəb baharı”nı isə MKİ-nin ssenarisi üzrə inkişaf etdiyini söyləmək, çox gülüncdür. Çünki Təhrir meydanında baş verənlər zamanı respublikaçılar, həmçinin Səudiyyə Ərəbistanı Mübarəki dəstəkləyirdilər. Qəddafiyə də respublikaçılar, Buşun düşərgəsi dəstək verirdi.  Başqa sözlə desək, dünyada, o cümlədən də Qərbdə, ciddi parçalanma gedir. Orda, bir biri ilə mübarizə aparan ən azından 3 düşərgə var: 1. Avropaya istiqamətlənən kosmopolitlər; 2. Dolar və Obama ilə əlbir olan kosmopolitlər; 3. Dünya bazarı və istehsaldan asılı olmayan avtoritar Amerika imperiyasının bərpasına çalışanlar.

Bir məqamı da xatırladım. Əsəd sülaləsi ilə mübarizə aparan müxalifətin onurğa sütununu təşkil edən “Cəbhətu əl-Nüsra” qrupu ABŞ tərəfindən artıq terrorçu kimi tanınıb.

Odur ki, Rusiya analitiklərinin “Ərəb baharı” adlandırdıqları İslam oyanışı haqqında uydurmaları, əsasən sovet refleksləri üzərində təşəkkül tapıb. Onlar Yaxın Şərqi adət etdikləri, kürsülərində 30-40 il oturan  diktatorlarsız təsəvvür edə bilmirlər.

Fərdin İsazadə, islam.az


 



Yerləşdirilib:5 Fevral, 2013  16:35, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com