Konstitusiya Məhkəməsinin universitetlərdə hicab qadağasını ləğv edən qanunu yenidən ləğv etməsindən sonra başda İstambul olmaq üzrə bir çox yerlərdə etiraz aksiyalarına start verilib.
Türkiyə KİV-lərinin verdiyi xəbərə görə, Konstutusiya məhkəməsinin hicab qadağasını yenidən qüvvəyə mindirməsindən sonra Türkiyənin şəhr və kəndlərində yenidən etirazlar başlamağa başlayıb.
İlk etirazlar isə dünən İstambulda Özgür Der təşkilatı tərəfindən həyata keçirilib.
Onlar Konstitusiya Məhkəməsinin bu addımını pisləyən bəyənatlar verərək:"Konstitusiya Məhkəməsinin bu qərarına hörmət etmirik!"-kimi şüralar da deyiblər.
Daha sonra Ankara şəhərində də İLKAV adlı təşkilatın üzvləri aksiya keçiriblər.
Onların bəyənatlarında bu cümlələr də yer alıb: "Konstitusiya Məhkəməsinin son qərarı daha əvvəlki qərarları kimi, səlahiyyətini aşan, öz konstitusiyalarına da zidd, hüquq xarici, kefi və ideoloji bir qərardır. İnsan haqq və azadlıqlarını yox etmə nəticəsinə səbəb olan bu qərarla, xalqımızın İslami şəxsiyyət və dəyərləri yeni bir basqının altına soxulmuşdur".
Beləliklə Türkiyədə hicaba qarşı yeni qərar sakitcə qəbul edilməyərək yeni aksiyaların başlanmasına səbəb olub.