Nümayəndə heyəti Məkkədə keçirilən Dialoq üzrə Beynəlxalq İslam Konfransında iştirak edir.
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında səfərdədir. Şeyx Məkkədə Dialoq üzrə Beynəlxalq İslam Konfransında iştirak edir. Səudiyyə Ərəbistanının kralı Abdulla Bin Əbdüləziz Al Səudun himayəsi ilə İslam aləmi liqasının baş katibliyinin qərərgahında keçirilən Ali Məclisdə İslamda dialoq və onun hüdudları ilə bağlı müzakirələr aparılır. Tədbirin sonunda dialoqa dair İslam paktı imzalanacaq.