POPULYARXƏBƏRLƏR

Berlində Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışına həsr olunmuş konfrans keçirilib

Berlində Konrad Adenauer Fondu, Almaniya-Azərbaycan Forumu və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə "Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf" mövzusunda konfrans keçirilib.

Tədbirdə Almaniya Bundestaqının rəhbərliyinin nümayəndələri və üzvləri, Konrad Adenauer Fondunun və Almaniya-Azərbaycan Forumunun rəhbərləri, Qafqaz Müsləmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, ictimai xadimlər, dinşünaslar, ilahiyyatçılar, azərbaycanşünaslar, politoloqlar, eləcə də Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların liderləri iştirakı ediblər.
Konfransda "Qafqazda islamı xarakterizə edən xüsusiyyətlərin təqdimatı və siyasət üçün əhəmiyyəti: demoqrafik inkişaf və meyllər" mövzusunda məruzə ilə çıxış edən Allahşükür Paşazadə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edən İslam dininin VII əsrin ortalarından ölkəmizdə yayılmağa başladığını və ictimai şüurda hakim yer tutduğunu bildirib. Onun sözlərinə görə, islam özündən əvvəlki dinlərə nəinki qadağa qoymamış, əksinə, başqa dinlərə etiqad edən insanların vicdan azadlığını, öz məbədlərində dini ayin və mərasimlərini sərbəst yerinə yetirmək haqqının toxunulmazlığını, eləcə də tolerantlıq ənənələrinin təşəkkülünü və inkişafını təmin etmişdir. İslam dünyasına qovuşan Azərbaycanda bütün xalqlar öz dini etiqadlarını, adət-ənənələrini zəmanəmizədək qoruyub saxlaya bililər. A.Paşazadə bildirib ki, QMİ Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərin rəhbərləri ilə yaxından əməkdaşlıq edir və tədbirlərinə pravoslav, katolik, eləcə də yəhudi din xadimləri dəvət olunur, xristian və yəhudilərin tədbirlərində isə QMİ yaxından iştirak edir.
Konfrasda qeyri-islam dini icmaların nümayəndələri kimi məruzə ilə çıxış edən Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşein və Bakı dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov Azərbaycandakı tolerantlığın digər dövlətlər, hətta Avropa ölkələri üçün örnək olduğunu deyiblər. Onlar bildiriblər ki, Azərbaycanda tarixən formalaşmış və bu ərazidə yaşayan insanların xarakterik xüsusiyyətinə çevrilmiş tolerantlıq ənənələri bu gün də inkişaf etdirilir.
Tədbirdə Konrad Adenauer Fondunun Baş katibinin müavini Gerhard Valers, Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauzer, Bonn Universitetinin professoru, azərbaycanşünas alim Eva Mariya Aux, Bundestaqın və Almaniyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Aksel Fişer və digərləri çıxış ediblər. Tədbirin sonunda Azərbaycanın xalq rəssamı Əşrəf Hübətovun "İncil motivləri" mövzusunda sərginin açılışı olub.



Yerləşdirilib:6 İyun, 2008  11:32, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com