POPULYARXƏBƏRLƏR

İşləyib qazanmağın vacibliyi

Əziz müsəlmanlar!

Bildiyimiz kimi, İslam dini maddə ilə mənəviyyat, ruh ilə bədən, dünya ilə axirət arasında həsas tarazlıq qurmuşdur. Dünya və axirət səadətinə qovuşmaq üçün bu tarazlığa riayət etmək lazımdır. Axirəti unudaraq sırf dünya həyatı üçün əlləşib vuruşmaq bəyənilmədiyi kimi, bu dünyanı unudaraq yalnız axirət üçün yaşamaq da xoş görülməmişdir. Hz Peyğəmbər (s.ə.s.) bir hədisində belə buyurmuşdur: "Sizin xeyirliniz nə dünyasını axirəti üçün, nə də axirətini dünyası üçün tərk edəndir. Hər ikisi üçün də çalışandır" (Camiu's-səğir, c.2, s.116).

Dinimiz həm dünya, həm də axirət səadəti üçün işləyib çalışmağı fərz qılmışdır. Elə isə Allah-Təalanın rizasını, həm də gündəlik ruzimizi qazanmaq üçün işləməliyik. Çünki insan dünya və axirətdə öz əməlinin qarşılığını görür. Bu həqiqət Qurani-Kərimdə bu şəkildə ifadə olunur: "İnsana ancaq öz zəhməti qalar" (Nəcm, 39).


Hörmətli müsəlmanlar!

Kainatı idarə edən Uca Allahdır. O, hər an bu kainata həyat verir və yaratmağa davam edir. "Göylərdə və yerdə kim varsa, Ondan diləyər. O hər gün bir işdədir" (Rəhman, 29) ayəsi bu həqiqətə işarə edir. Elə isə biz də Allahın qulları olaraq işləməli, həm də də çox işləməli deyilikmi? Uca Rəbbimiz Quranda bizə həm dünya, həm də axirət üçün çalışmağı əmr edir. Qəsəs surəsinin 77-ci ayəsində belə buyurulur: "Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma".


Dəyərli möminlər!

Dinimiz hər kəsi halal yolla ruzi qazanmağa təşviq etmiş, başqalarından asılı vəziyyətə düşməyi, dilənçilik etməyi xoş görməmişdir. Bu gün küçələrimizdə Allahın, müqəddəs övliyaların adlarını dillərində əzbər edərək insanlardan pul dilənənlər insanlardakı iman hissini istismar etməyə çalışırlar. Pul qazanmağa zərrəcə qabiliyyəti olan insan heç bir halda dilənçilik etməməlidir. Bir hədisdə belə buyurulur: "Heç kim əlinin əməyindən daha xeyirli loxma yeyə bilməz" (Buxari, Buğu, 15).

Başqa bir neqətiv hal isə özlərini din adamı adlandıraraq, bu yolla pul qazanmağa çalışanlarla bağlıdır. Onlar ruzi qazanmaq üçün heç bir əmək sərf etməməklə bərabər, dindən pul qazanmaq üçün istifadə edirlər. Halbuki Peyğəmbərimiz (s.ə.s.) belə çox gərgin təbliğ fəaliyyəti ilə paralel olaraq, uzun müddət ruzi qazanmaq üçün ticarətlə də məşğul olmuş, yalnız bu barədə gələn xüsusi vəhydən sonra bu işi dayandırmışdır. Amma hər zaman Davud Peyğəmbərin də öz əlinin zəhməti ilə dolandığını misal çəkən Peyğəmbərimiz (s.ə.s.) halal zəhməti mədh etmişdir. Bu barədə hədislərdə belə buyurulur:

"Əməllərin ən üstünü halal qazanc əldə etmək üçün işləməkdir" (Keyzu'l-qadir, c.2s.26);

"Ruzi axtaran, bunun üçün işləyən şəxs Allah yolunda cihad edən kimidir" (İhya, c.2s.89);

"Başqalarına möhtac olmamaq, arvad-uşağının xoşbəxtliyi və qonşularına yardım niyyəti ilə işləyən və halal yolla pul qazananlar üzləri ağ olaraq Allaha qovuşacaqlar" (H.B.Çantay, 40 hədis);

"Halal yolla işləyərək yorğun bir vəziyyətdə yatağa girən insanın günahları bağışlanacaqdır" (Camiu's-sağir, c.2, s.287).


Əziz möminlər!

Dinimiz halal yolla çalışaraq varlı olmağı qadağan etmir, əksinə buna təşviq edir. Təsadüfi deyil ki, İslamın beş təməl əsasından ikisi – Həc və zəkat işləyən və varlı olanların edə biləcəkləri ibadətlərdir. Bu ibadətləri yerinə yetirmək üçün kifayət qədər sərvətə sahib olmaq lazımdır. Cumuə surəsində Allah-Təala belə buyurur: "…Yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın".

Xütbəmizi Hz Peyğəmbərin (s.ə.s.) bu duası ilə bitirək: "Allahım! Sıxıntı və hüzndən, acizlik və tənbəllikdən, qorxaqlıq və pintilikdən, insanların lənətindən sənə sığınıram" (Tac, c.5, s.113).



Aqil Hacıyev ([email protected])



Yerləşdirilib:6 İyun, 2008  11:29, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com