Dünən Bakıda İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "İmam Xomeyni: təfəkkürdə yeniçilik" mövzusunda elmi konfrans keçirilib. İmam Xomeyninin vəfatının 19-cu ildönümü ilə bağlı təşkil edilən tədbirdə İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare bildirib ki, İran İslam İnqilabı ölkənin inkişafına təkan verib.
Hazırda İranın regionun inkişaf etmiş dövlətlərdən bir olduğunu söyləyən səfir qeyd edib ki, ölkəsinin qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq etdiyini bildirib. İlahiyyatçı-alim Vasim Məmmədəliyev, Mədəniyyət Mərkəzinin rəhbəri Seyid Ocaqnejat İmam Xomeyninin həyat və fəaliyyəti, gördüyü işlər haqqında danışıblar.