Şəki şəhəri "İslami elmlər mədrəsəsi"ndə növbəti hafizlik mərasimi keçirilib. Bu barədə xəbəri mədrəsənin müəllimi Hafiz Rəhman Nuriyev verib.
Hafizin verdiyi məlumata görə, bu tədris müddətində 20 mədrəsə tələbəsi "Qurani Kərim"i əzbərləyərək, "Hafiz" titulu qazanıb. Mərasimdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin I müavini Hacı Salman, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz Məmmədov, QMİ-nin Şəki-Zaqatala üzrə bölgə qazısı Hacı Səlim, Gəncliyə Yardım Fondunun (GYF) prezidenti Əhməd Təcim iştirak edib. Qonaqlar yeni hafizlərə diplomlarını təqdim edib və mərasim hafizlərin Quran ziyafəti ilə başa çatıb.