107 ildən çoxdur ki, Nobel elm və sülh mükafatı təqdim edən Nobel Sülh Mərkəzi müsəlmanların nifrətinə səbəb ola biləcək sərgi keçirir. Bu dəfə İslam əleyhinə məqalələri ilə tanınan italyan yazıçı Oriana Fallakiyə qapılarını açan Oslodakı Nobel Sülh Mərkəzinin sərgi salonunda "İslam- düşmən kimi" afişası asılıb.
Fallakinin sərgisində İslam əleyhinə fotoşəkillər, videolentlər və məqalələr nümayiş etdirilir, xüsusi otaqda isə İslamın təhlükə mənbəyi olduğundan bəhs edən filmlərin nümayişi keçirilir.
Məlumat üçün bildirək ki, Qurani-Kərimin indiyə qədər yazılan ən təhlükəli kitab kimi təqdim edildiyi sərginin keçirilməsi müsəlmanların kəskin etirazına səbəb olub. Mərkəzin direktoru Bent Eriçsen isə sərginin keçirilməsindən məqsədin "fikir azadlığı"nın dəstəklənməsi olduğunu deyib. "Sərgidə bəyəndiyimiz və ya bəyənmədiyimiz bir çox insanın düşüncələrinə yer veririk. Biz fikir azadlığını bu cür qəbul edirik" – deyə hər kəsin fikirlərinə yer verdiklərini deyən Eriçsen qeyd edib. //Deyerler.org