POPULYARXƏBƏRLƏR

Bakıda azan iki dildə oxunur

Bakının Binəqədi rayonu ərazisində yerləşən "İmam Əli məscidi"ndə azan iki dildə - həm ərəb, həm də farsca oxunur. Başlanğıcında Allahın böyüklüyünü və kəlmeyi-şəhadəti xatırladan, daha sonra inanclı insanları ibadətə, namaza çağıran azanın hər sətri öncə adəti üzrə ərəbcə oxunur, daha sonra farsca təkrarlanır. Qulaq asanlar azanın kasetdən verildiyini dərhal başa düşə bilər.

Dünyanın əksər müsəlman ölkələrində, o cümlədən Azərbaycanda azan yalnız ərəbcə oxunur.

"İmam Əli məscidi"nin axundu Hacı Səyyar Hüseynli məsələyə aydınlıq gətirərkən söylədi ki, həmin azanı oxuyan əslən İrandan olan azərbaycanlı Səlim Müəzzinzadə adlı şəxsdir. Axundun sözlərinə görə, onun ifasına üstünlük vermələrinin səbəbi Səlim Müəzzinzadənin yüksək səs diapazonuna malik olması və müəzzin kimi məşhurluğudur: "Səlim Müəzzinzadə ərəbcə azanı ən yüksək diapazonda oxuyur, onun səsi könül oxşayır. Eyni zamanda azanın izahını farsca oxuyur. Düzdür, farsca olan hissəni kəsib çıxarmaq da olar. Ancaq biz sadəcə səsyazmadakı orijinallığa toxunmaq istəmirik. Qoy, elə gözəl oxusun. Farsca başa düşən farsca, ərəbcə bilən ərəbcə başa düşsün".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov məsələdən xəbərsiz olduğunu bildirdi. Onun sözlərinə görə, islam tarixində azanın geniş şəkildə milli dildə oxunması təcrübəsi yoxdur: "1400 il ərzində azanın milli dildə oxunması ilə bağlı geniş yayılmış təcrübə yox dərəcəsindədir. Türkiyədə azanın türkcə oxunmasına cəhdlər edildi, ancaq bu, özünü doğrultmadı. Ona görə də azanla bağlı nəsə yeni bir şey çıxarmağın tərəfdarı deyiləm. Əgər sözügedən məsciddə azan həm də farsca oxunursa, bu, heç bir məntiqə sığmır".

Qəribədir ki, "İmam Əli məscidi"nin axundu Hacı Səyyar Hüseynli də azanın milli dildə verilməsini məqsədəuyğun hesab etmir. Onun fikrincə bu, insanlarda gülüş doğurar: "Azərbaycanca azanın mətninin tərcüməsi var. Hamı onu başa düşür. Yoxsa biz çıxaq minbərə, başlayaq, öz dilimizdə avazla "Allah böyükdür! Allah böyükdür!" oxumağa, gülünc günə düşərik". Axund fikrini Özbəkistanda azanın milli dildə verilmə cəhdi ilə əsaslandırdı: "Özbəkistanda dini əqidəni millətçiliklə, yüngül patriotluqla əlaqələndirən adamlar azanı özbək dilinə tərcümə etdilər. "Həddindən artıq qüdrətli və böyük Yaradan" ifadəsini "Zırpı Allah" deyə oxudular. Bu da xalqın etirazı ilə qarşılandı".

İlahiyyatçı Elşad Miri azanın ərəb dilindən başqa digər dildə oxunmasını düzgün saymır. Onun sözlərinə görə 1400 ildir ki, azanın ərəb dilində oxunması bir prinsip olaraq yaşadılır: "İslamda hamının başa düşməsi üçün namaza çağırış ərəb dilində hər yanda eyni cür səslənir. Bu ərəbin digər dillərdən üstünlüyü ilə bağlı deyil. Əksinə bu prinsip olaraq yaşadılır. Bu gün azana heç bir əlavələr edilmədən gözəl şəkildə oxunması islamın əsasına uyğundur. Hazırda dünyanın müxtəlif yerlərində, məsələn, Vaşinqtonda, Yaponiyada insanların eyni dildə oxunan azan səsini eşidib namaza tələsmələri gözəl cəhətdir". //Gün-səhər



Yerləşdirilib:30 May, 2008  16:17, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com