POPULYARXƏBƏRLƏR

“Lənkəran işi” ətrafında dini çəkişmələr

Yanvarın 13-də Lənkəranda elə bir hadisə baş verdi ki, onu daha çox kriminal xəbərlərə aid etmək olardı. Bir qədər “mərhəmətli” olsaq, bu hadisəyə ictimai don da geyindirmək olar. Səxavətimizin ən son pilləsinə yüksəlsək, baş verənlərə bir qədər siyasi çalarlar da qatmaq olar. Həmən gün “Müsavat” başqanı İsa Qəmbərin avtomobili Lənkəran rayonunun girəcəyində bir qrup insan tərəfindən daşa basılmışdı. Göründüyü kimi, burda hansısa dini motivlərlə yüklənmiş hadisədən söhbət belə gedə bilməz. Amma buna rəğmən, baş verənlər Azərbaycan dindarları arasında müəyyən gərginliyə səbəb oldu. Əvvəla qeyd edək ki, biz nəinki ölkə vətəndaşlarının, ümumiyyətlə müsəlmanların təriqət mənsubluğu baxımından bölüşdürülməsinin əleyhinəyik: sünnilər, şiələr, sələfilər, ələvilər və s. Amma yenə də qeyd edək ki, nəzər saldığımız məsələ ətrafında meydana gələn gərginliyə İslamın fərqli cərəyanlarına mənsub olan insanlar deyil, eyni dini baxışlara malik vətəndaşlar cəlb edildilər.

 

Bildirək ki, siyasi xadimin, ümumiyyətlə Azərbaycanın hər hansı bir sakininin daşa tutulması qəbuledilməzdir. İsa Qəmbərin siyasi baxışlarını bölüşməmək olar, parlamentin spikeri olduğu dönəmdə buraxdığı səhvləri bağışlamamaq olar, onu, sadəcə, xarici görkəminə görə sevməmək də olar. Amma bütün bu hallar heç kimə ixtiyar vermir ki, əlinə daş alıb nifrətini belə üsulla ifadə etsin. Bu hadisə də, istər hakim dairələr, istərsə də müxalifət nümayəndələri tərəfdən birmənalı şəkildə qınanıldı. Amma, ilk baxışdan gərginlik səngidiyi bir zaman, gözlənilmədən meydana bir qrup inanclı insan gəldi. Bəyanat yayıldı ki, bu hadisə Lənkəran camaatına bir həqarətdir, bəs, lənkəranlılar belə bir addım ata bilməzdilər, bu rayonda İsa Qəmbərə loyal münasibət var. İki gün ötmədi ki, növbəti bəyanat işıq üzü gördü. Bu dəfə başqa motivli. Bəyanatda hakimiyyətə dəstək ifadə edilirdi, prezidentin siyasəti alqışlanırdı, kimlərinsə bütün lənkəranlıların adından söz demək cəhdi tənqid edilirdi. Bu tam fərqli mövqelərin hansının düzgün, hansının isə səhv olduğunu araşdırmağı qarşımıza məqsəd qoymamışıq. Sadəcə olaraq, həm siyasətçilərə, həm də inanclılara müraciət etmək istərdik.

Siyasətdə zirvələr fəth etməyi qarşısına məqsəd qoyan həmvətənlərimiz! Artıq dərəcədə xahiş edirik: bu proseslərə İslam davamçılarını qatmayın. Vicdanınız, Allah qarşısında səmimi olun. Siz sadəcə bu hadisələri qabartmaq, diqqət mərkəzinə çəkmək məqsədi güdürsünüz. Ölkədə yaşayan müsəlmanların hansısa problemlərini həll etmək, onlara hətta cüzi yardım göstərmək ağlınızdan da keçmir. Məqsədiniz, necə deyərlər, siyasi dividendlərdir. Müəyyən dərəcədə buna nail oldunuz, bəlkə hələ yenə nələrsə olacaq. Amma vicdanınızın səsini dinləyin, inanclıları sakit buraxın. İmkan verin namazlarını qılsınlar, oruclarını tutsunlar, axirət azuqəsi toplasınlar. Axı bir dəfə, 2003-cü ildə, inanclıları siyasətə qatdınız. Sonu necə oldu? Təfərrüatlara varmaq fikrində deyilik. Kimin haqlı, kimin isə səhv olduğu ilə də işimiz yoxdur. Sadəcə, bir faktı xatırlatmaq istərdik. 2003-cü il hadisələrindən sonra İçəri Şəhərdəki Cümə məscidi bağlandı. Həmən dövrdə bu ibadət ocağı bəlkə də Azərbaycanın dini həyatının mərkəzinə çevrilmişdi. Yalnız uzun fasilədən sonra məscid yenidən qapılarını dindarların üzünə açdı. Amma... Heç kim inciməsin, lakin bu gün əvvəlki izdihamdan əsər-əlamət yoxdur. Hətta cümə günləri məscidə müsəlmanların axını nəzərə çarpmır. Elə isə, 2003-cü il hadisələrində kimlər qazandı? Siyasətçilər? Ola bilər. Ancaq dindarlar heç nə əldə etmədilər. Odur ki, Allaha xatir, dindarları sakit buraxın (Başqa oxşar faktlar da göstərmək olar, ancaq, qeyd etdiyimiz kimi, xırdalıqlara varmırıq).

Əlbəttə ki, inanclılara da deyiləsi sözümüz var. Əziz qardaşlar! İnciməyin, amma lənkəranlıların adından söz deməyə sizə heç kim səlahiyyət verməyib. Yəqin ki, bu cənub rayonunda 200 mindən artıq insanın yaşadığını bilirsiniz. Onların fikrini öyrənmisinizmi? Bu və ya digər partiya, siyasi xadimə rəğbətləri, yaxud iradlarına dair referendum, sorğu keçirimsinizmi? Heç bir əsas olmadan “lənkəranlılar bunu edər, bunu isə etməz” söyləmək olmaz. Ümumiyyətlə, bu məsələyə yanaşma olduqca səhvdir. Necə yəni “lənkəranlılar qonaqlarını daşa tuta bilməzlər”? Demək Azərbaycanın digər regionunun sakinləri buna qadirdilər? Əsla! Qonaqpərvərlik hər bir azərbaycanlının ayrılmaz xüsusiyyətidir. Amma başqanın avtomobili daşa tutulub, bu faktdır. Nəzərə alın ki, bunu başqa planetdən gələnlər, erməni casusları, hətta sionistlər etməyiblər! Bu işin arxasında bizim həmyerlilərimiz dayanıb. Onların Azərbaycanın hansı regionunda dünyaya göz açmaları da əhəmiyyətli deyil. 9 milyonluq xalqı regionlara bölmək nəyə lazımdır? Hələ bir hansınasa “super-mənəviyyatlı” statusunu da vermək. “Yaxşı xalq”, “pis xalq” anlayışları yoxdur, var “yaxşı insan”, “təqvalı müsəlman”. Kim bilməsə də, İslam ardıcılları bu məsələ barəsində Müqəddəs Quranda Allahın buyurduğunu unutmamalıdırlar: “...Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir)” (“Hucurat”, 13). Yəni, istənilən regionda Allahdan qorxmayanlar, pis əməldən çəkinməyənlər yaşaya bilər, məqam tapanda, hələ qonağa daş da ata bilər. Heç nə istisna edilmir.

Amma yenə də, əsas məqsədimiz bu deyil. Maraqlıdır ki, ümumiyyətlə bu məsələyə dindarların qarışmağı nə dərəcədə düzgün idi? Artıq hadisənin mahiyyəti, demək olar, unudulub, ancaq daxili çəkişmələr davam etməkdədir. Budur qazancımız? Məgər baş verən hadisə dini motivlərlə yüklənmişdi ki? İstərdik ki, bizi düzgün anlasınlar: söhbət İsa Qəmbərə münasibətdən və ya onun şəxsiyyətindən getmir. Məgər 2003-cü ilin hadisələrindən nəticə çıxarmaq o qədər çətin məsələdir? Uzun illərdir kimlərisə 2003-cü ildə siyasətə qarışmaqda ittiham edənlər, Cümə məscidini ibrət amili kimi göstərənlər bu gün özləri də bu yolla addımlamırlarmı? Bəs məqsəd? Lənkəran inanclılarının İsa Qəmbərə “rəğbətinə” dair müəyyən fərziyyələrimiz var. Məsələn, bəzi fəalların bu rayondakı “Müsavat” partiyasının özəyinin rəhbərləri ilə qohumluq əlaqələri. Amma, yenə də, xırdalıqlara getmək fikrində deyilik. Yalnız bir daha xahişimizi təkrar etmək istərdik. Əziz qardaşlar! Allaha xatir, özünüzü hansısa siyasi oyunlara cəlb etməyə imkan verməyin. Bizə inanmırsınızsa, sadəcə olaraq bəzi tarixi kitabları vərəqləyin, uzaq olmayan keçmişi dəyərləndirin. Bilirik ki, bir qisminiz imam Xomeyninin, bir qisminiz ayətullah Sistaninin pərəstişkarısınız. Elə isə bu böyük insanların fəaliyyətini araşdırın, İslam İnqilabından əvvəl və sonra, Səddam dövründə və sonra, bir baxın, görün onlar hansı siyasi partiyalarla əməkdaşlıq ediblər (cavabını da əvvəlcədən deyək ki, heç biri ilə), hansı məsələlərə münasibət bildiriblər. Bəlkə o zaman siz hər xırda məsələ üçün gündəmə gəlmək istəyindən imtina edəsiniz.

 

İslam.az


 



Yerləşdirilib:23 Yanvar, 2013  18:26, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com