İslam.az “Azerimuslims.com” saytına istinadən bildirir ki, Malayziyanın Baş naziri Məhəmməd Nəcib Əbdürrəzzaq Fələstinin Qəzza zolağına ziyarətlə bağlı Mahmud Abbas hökumətinin iddialarını rədd edib.
Baş nazir ziyarətin Fələstin xalqının azadlığa qovuşmasına dəstək və humanitar xarakterli olduğunu deyib. Qəzzanın Xan Yunis səmtindəki Əqsa universitetində keçirilən tədbirdə fəxri doktorluqla təltif olunmasından sonra çıxış edən Əbdürrəzzaq zolağa fələstinlilərlə həmrəy olduqlarını bildirmək üçün gəldiyini deyib. Qəzza əhalisinin apardığı mübarizədə yalnız olmadığını deyən Baş nazir Mahmud Abbas hökumətinin ona qarşı irəli sürdüyü ittihamları qəbul etmədiyini vurğulayıb.
Habelə Əbdürrəzzaq çıxışında Fələstində milli birlik hökumətinin formalaşdırılacağına ümidvar olduğunu ifadə edərək, Malayziya təcrübəsindən çıxış edərək, bu prosesin müsbət nəticələr doğuracağına inandıqlarını deyib.