İslam.az “Azerimuslims.com” saytına istinadən xəbər verir ki, NATO qüvvələrinin Əfqanıstanın Nuristan və Host vilayətlərində keçirdiyi hərbi əməliyyatlar nəticəsinidə “Taliban” hərəkatının 45 üzvü öldürülüb.
Xəbərdə NATO-ya aid pilotsuz təyyarələrin Nuristan vilayətindəki “Taliban” mövqelərinə hava zərbələri nəticəsində 29 hərəkat üzvünün həyatını itirdiyi bildirlib. Host vilayətində keçirilən hərbi əməliyyatlarda isə 16 “Taliban” döyüşçüsünün öldüyü, 26-nın isə yaralandığı qeyd olunub. Əfqanıstan ordusunun itkiləri barədə məlumat verilməyən xəbərdə toqquşmalar əsnasında Pakistandan Əfqanıstana daxil olmağa cəhd edən bir qrup döyüşçünün qarşısının alındığı da öz əksini tapıb.