İslam.az “Azerimuslims.com” saytına istinadən bildirir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əkmələddin İhsanoğlu 6-7 fevral tarixlərində Misirin paytaxtı Qahirədə islam dünyasının problemlərinin müzakirəsinə həsr olunmuş konfrans keçiriləcəyini deyib.
İhsanoğlu sammitdə Suriyadakı vəziyyət, Fələstin problemi, eləcə də Myanmarın Arakan vilayətindəki müsəlmanların taleyi və Malidə cərəyan edən hadisələrin müzakirəyə çıxarılacağını bildirib. Baş katib sammitdə İƏT-ə üzv olan bütün ölkələrin nümayəndə heyətlərinin yer alacağını qeyd edib.
“World Bulletin” saytında yerləşdirilən məlumata görə, sammitdə islamofobiya ilə mübarizə məqsədilə yeni strategiyanın işlənib hazırlanması məsələsi də gündəmə gətiriləcək.