İranda zəlzələ baş verib.
İslam.az-ın ANS PRESS-ə istinadla verdiyi məlumata görə, yeraltı təkanların gücü 5,3 bal olub. Təkanlar İranın cənub-şərqində, Kerman vilayətində qeydə alınıb. Hələlik təlafat və dağıntəlar haqqında məlumat yoxdur.
ABŞ Geologiya Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 23:19-da olub. Şəhərdəki Qırmızı Aypara cəmiyyətinin rəhbəri xilasedicilərin artıq Sirç şəhərinə göndərildiyini bildirib.