Biz İslam dünyası, torpaqlarının 20%-i işğal altında olan Azərbaycanın Qarabağ probleminə həssaslıq göstərməsini gözləyirik. Bu barədə açıqlama ilə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Sudanın paytaxtı Xartumda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyinin 8-ci toplantısındakı çıxışında bildirib. Məlumatı islam.az anspress.com saytına istinadən yayıb.
“Bu toplantıdan bütün İslam ölkələri parlamentlərinin güclü birgə bəyanatının qəbul olunmasını istəyirik. Müsəlman ölkələri aktual problemlərə - Dağlıq Qarabağ, Suriya, Fələstin, Myanma kimi ağrılı məsələlərə biganə qalmamalıdır. Əgər bu toplantıda qətiyyətli qərarlar qəbul edilməsə, bu cür məclislərin fəaliyyəti də səmərəsiz olar”,- deyə Cəmil Çiçək qeyd edib.