Hollandiyanın paytaxtı Amsterdamda polis zabitlərinə Qurani-Kərimin holland dilinə tərcüməsi və İslam peyğəmbərinin (s) həyatı haqqında kitab paylanacaq. Bu barədə məlumatı Amsterdam şəhər polis idarəsinin mətbuat katibi verib.
"Polis zabitlərini İslam və Quran barəsində məlumatlanmağa təşviq etmək məqsədi ilə onlara yarı qiymətinə Quranın holland dilinə tərcüməsi və İslam Peyğəmbərinin həyatı barəsində kitab paylanacaq" – deyə katib bildirib.
Amsterdam şəhər Polis İdarəsinin mətbuat katibi bu kitabların öz oxucularına Quran və İslam barəsində geniş məlumat verəcəyini də bildirmişdir.