Fələstinin HƏMAS hökumətinin baş naziri İsmayıl Haniyyə bildirib ki, onlar Fələstin torpaqlarının bir qarışını belə heç kəsə güzəştə getməyəcəklər, islam.az deyerler.org-a istinadən məlumat yayıb.
Fələstin liderinin sözlərinə görə, Fələstin xalqının prinsipləri dəyişməyib və belə olaraq da qalacaq. “Biz bir qarış torpağın belə güzəştə gedilməsinə imkan verə bilmərik. Eyni zamanda fələstinli qaçqınlar gec-tez öz vətənlərinə qayıdacaqlar. Onların bu məmləkətdə yaşamaq haqları var”, - deyə Haniyyə bildirib.
Haniyyənin sözlərinə görə, Fələstin yalnız fələstinlilərə deyil, bütün İslam ümmətinə məxsusdur və əgər İslam ümməti öz dəyərlərinə sadiq qalarsa, Fələstin güclü dövlətə çevriləcək.