Türkiyədə “Patriot” zenit raket komplekslərinin ölkə ərazisində yerləşdirilməsinə qarşı etiraz aksiyaları keçirilib.
İslam.az-ın Gün.Az-a istinadən verdiyi xəbərə görə, Xalq Azadlığı Partiyasının (CHP) fəalları ABŞ-ın İstanbuldakı baş konsulluğunun önündə toplaşıblar.
Onlar NATO və Birləşmiş Ştatların siyasətinə qarşı şüarlar səsləndiriblər.
İskenderunda “Gənc müxalifətçilər” təşkilatının bir qrup fəalı zenit raket komplekslərinin boşaldılacağı hərbi bazaya marşla yürüş etmək istəyib.
Razılaşdırılmamış yürüş aksiya iştirakçıları və polis arasında qarşıdurmaya səbəb olub. Nəticədə hüquq mühafizə orqanlarının əməkdaşları 20-yə yaxın adamı həbs edib.
Etirazçıların digər qrupu isə CHP-li (Cümhuriyyət Xalq Partiyası) deputat Refik Eryılmazla İskenderun limanına qədər hərəkət ediblər.