Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Şahbazovun bu gün doğum günüdür.
İslam.az SalamNews-a istinadən bildirir ki, Fəxrəddin İbrahim oğlu Şahbazov 1950-ci il yanvarın 22-də Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Televiziyasında operator kimi çalışıb, dəfələrlə cəbhə bölgəsində olub, qaynar nöqtələrdən telereportajlar hazırlayıb, 1991-ci il noyabrın 20-də Xocavənd rayonu Qarakənd kəndi yaxınlığında erməni terrorçularının vurduqları vertolyotda həlak olub. O, 1992-ci ilin dekabrın 4-də Milli Qəhrəman adına layiq görülüb.
Fəxrəddin Şahbazov Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.