Suriya paytaxtı Dəməşqdən 209 km şimalda yerləşən Həma şəhəri yaxınlığında güclü partlayış törədilib.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbər görə, partlayış şəhərin mərkəzi küçələrinin birində törədilib. Nəticədə 10 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Xatırladaq ki, Suriyada 2011-ci ilin martından etibarən davam edən silahlı münaqişə 60 mindən çox insanın həyatına son qoyub.