Ermənistanın Lori rayonundakı Vanadzor kimya kombinatında partlayış baş verib.
Bu barədə islam.az SalamNews-a istinadla xəbər verir. İlkin məlumata görə, partlayış nəticəsində müəssisənin 22 yaşlı işçisi Ara Asatryan həlak olub. Partlayış ammoniak istehsal edilən sexdə baş verib.
Hazırda baş vermiş fövqəladə halın nəticələrinin aradan qaldırılması üzrə iş gedir.
Üç müəssisənin - Vanadzor kimya zavodu, Vanadzor kimyəvi lif zavodu və Vanadzor İES-in birləşdiyi "Prometey-Ximprom" QSC uzun müddətlik fasilədən sonra 2005-ci ildə istismara verilib. Zavodun sahibi Britaniyada qeydiyyatda olan rus şirkəti "Roading Limited International"dır.