Amerikadakı müsəlmanlar bir-bir evlərə "Quran" paylamaqla məşğuldur. Çikaqodakı Əl Furkan Vəqfinin başladığı çalışmada, Amerikada "Quran" girməyən evin qalmayacağının hədəfə alındığı ilə bərabər, indiyə qədər də Texas, Çikaqo və Hyuston şəhərlərində 100 min ədəd "Quran-i Kərim" paylanılıb.
Əl Furkan Vəqfinin sədri Vecahad Seyid, məqsədlərinin amerikalılara İslamı ilkin mənbədən öyrənmələrini təmin etmək olduğunu ifadə edərək, ingiliscə tərcümə edilmiş "Quran-i Kərim"lərin qapı-qapı dolaşılaraq paylanıldığını söylədi.
Vəqf sədri Seyid, apardıqları bu təbliğatdan amerikalıların 30 faizinin məmnun, 30 faizinin etinasız, qalan hissəsinin də aqressiv olduğunu bildirdi. Seyid, bir çox amerikalıların mediya və İslama qarşı olan mənbələrdən təqdim edilən bilgilər nəticəsində yanlış tanıdığını və "Quran-i Kərim" oxuyaraq, bu dezinformasiyalardan qurtulmaq istədiklərini söylədiklərini qeyd etdi.